Mikayıl Cabbarovdan `Son zəng` TƏBRİKİ
14:45 14 İyun 2017
Təhsil naziri Mikayıl Cabbarov "Son zəng" günü münasibətilə məzunları təbrik edib.
Femida.az xəbər verir ki, nazirik təbrikində deyilir:
-Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - bu il məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!
Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir.
Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız.
Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm!
Yolunuz açıq olsun!
Femida.az
Oxunub: 782
Oxşar xəbərlər
- Mikayıl Cabbarovun vətəndaşlarla görüşü təxirə salındı
- Mikayıl Cabbarov kollektivə təqdim edilib
- Mikayıl Cabbarov vergilər naziri kimi ilk çıxışını etdi
- Mikayıl Cabbarov vergilər naziri təyin edildi
- Mikayıl Cabbarov Cocuq Mərcanlıya gedib
- Mikayıl Cabbarovdan əmr - Şagirdlәrin marağı nəzərə alınacaq
- Mikayıl Cabbarov əmr imzaladı
- Mikayıl Cabbarov Tovuzda vətəndaşları qəbul edib
- Mikayıl Cabbarov türkiyəli həmkarı ilə görüşüb
- Mikayıl Müşfiqin doğum günüdür